Gədəbəydə qanunsuz tikili sökülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gədəbəydə qanunsuz tikili sökülüb

Qafar Ağayev10:37 - 26 / 07 / 2024
Gədəbəydə qanunsuz tikili sökülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gədəbəydə qanunsuz tikilini söküb.

Bu barədə 1news.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Gədəbəy rayonunun Slavyanka kəndi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gədəbəy Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər