Masazırda yüksək gərginlikli elektrik xəttinin altındakı tikili sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Masazırda yüksək gərginlikli elektrik xəttinin altındakı tikili sökülüb - VİDEO

Qafar Ağayev13:01 - 02 / 08 / 2024
Masazırda yüksək gərginlikli elektrik xəttinin altındakı tikili sökülüb - VİDEO

Abşeron rayonunun Masazır kəndi ərazisində qanunsuz tikili sökülüb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazidə yüksək gərginlikli elektrik xəttinin altında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

Paylaş:
270

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər