Təmir işləri aparan usta 5-ci mərtəbədən yıxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təmir işləri aparan usta 5-ci mərtəbədən yıxılıb

18:09 - 03 / 08 / 2024
Təmir işləri aparan usta 5-ci mərtəbədən yıxılıb

Mingəçevirdə təmir işləri aparan 24 yaşlı usta 5-ci mərtəbədən yıxılıb.

1news.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə şəhərin Nizami küçəsi 12 ünvanında yerləşən binada baş verib.

Binada təmir işləri aparan 2000-ci il təvəllüdlü Veyisov Elvir Vüqar oğlu ehtiyatsızlıq nəticəsində sürüşərək beşinci mərtəbədən yerə çırpılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan usta təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
287

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər