Dağlıq ərazilərdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq ərazilərdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

12:17 - 03 / 08 / 2024
Dağlıq ərazilərdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Avqustun 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, avqustun 03-ü saat 11:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Düşən yağıntının miqdarı: Sarıbaşda (Qax) 12 mm, Zaqatala 6 mm, Qusarda 5 mm, Balakən, Şəki, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Qax, Qrızda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-34, Naxçıvan MR-da 33-35, Aran rayonlarında 32-35, dağlıq rayonlarda isə 19-22 dərəcə isti olub.

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər