İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

17:21 - 05 / 08 / 2024
İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Prezident İlham Əliyev səfirin ölkəmizə səfərlər edəcəyinə və Azərbaycanın hökumət nümayəndələri ilə əlaqələrimizin gələcək inkişafı məsələlərinə dair səmərəli müzakirələr aparacağına ümidvar olduğunu bildirdi. Azərbaycan Prezidenti ölkələrimizin bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, iqtisadi-ticari əlaqələrin inkişafı üçün yaxşı potensialın olduğunu vurğuladı.

Siyasi münasibətlərə toxunan Prezident İlham Əliyev ölkələrimiz arasında səmərəli əlaqələrin olduğunu bildirdi, lakin investisiya imkanlarından istifadə və ticarət dövriyyəsinin artırılması sahəsində əməkdaşlığın hələ də lazımi səviyyədə olmadığını qeyd etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, səfir fəaliyyətində bütün bu sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.

Səfir Mayls Robert Armiteyc Azərbaycanda olmağından böyük məmnunluq hissi keçirdiyi bildirdi və qarşıda əlaqələrimizin genişləndirilməsi üçün görüləsi çox işin olduğunu qeyd etdi. O, xüsusilə iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu diqqətə çatdırdı.

Mayls Robert Armiteyc COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı. O, Azərbaycanın qısa vaxt ərzində COP29 Konfransının keçirilməsi üçün bütün zəruri hazırlıq işlərini gördüyünü məmnunluqla qeyd etdi, ölkəmizin kiçik ada dövlətlərinə dəstəyinin, xüsusilə kiçik ada dövlətlərinin qarşıdan gələn Zirvə toplantısında iştirakı məsələsini xüsusi vurğuladı.

Səfir qeyd etdi ki, Avstraliya regionda davamlı sülhün bərqərar olunmasında və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır.

Bu xüsusda Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirərək, artıq regionda sülhün mövcud olduğunu qeyd etdi.

Görüşdə, həmçinin ölkələrimiz arasında siyasi dialoqun inkişaf etdirilməsi, mədən sənayesi, yaşıl enerji, gəmiqayırma və biznes dairələri arasında işgüzar münasibətlərin yaradılması məsələlərinə dair fikir mübadiləsi aparıldı.

15:50

Prezident İlham Əliyev Avstraliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mayls Robert Armiteycin etimadnaməsini qəbul edib.

Paylaş:
393

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər