Bu ilin 6 ayında yol-nəqliyyat hadisələri zamanı 20 işıqfor və avadanlıqlarına zərər dəyib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ilin 6 ayında yol-nəqliyyat hadisələri zamanı 20 işıqfor və avadanlıqlarına zərər dəyib - VİDEO

Qafar Ağayev12:06 - 12 / 08 / 2024
Bu ilin 6 ayında yol-nəqliyyat hadisələri zamanı 20 işıqfor və avadanlıqlarına zərər dəyib - VİDEO

Baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada işıqforu yararsız vəziyyətə düşüb.

1news.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırovun sözlərinə görə, 2024-cü ilin ilk 6 ayı ərzində Bakının müxtəlif küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində Mərkəzin idarəetməsində olan 20 işqıfora və onun avadanlıqlarına (idarəemə qutusu və s.) ziyan dəyib.

Vurulmuş zərər ilə əlaqədar aidiyyəti üzrə sorğular göndərilib.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər