Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək

16:14 - 15 / 08 / 2024
Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev avqustun 20-də saat 10:00-da Xətai rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə 1news.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki,Vətəndaşlar qəbulla bağlı Xətai rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook, X) vasitəsilə də qəbula yazıla bilərlər.

Paylaş:
218

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər