Ötən ay 800 milyon manatdan çox depozit banklardan geri çəkilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ötən ay 800 milyon manatdan çox depozit banklardan geri çəkilib

S.Xankişiyeva14:55 - 23 / 08 / 2024
Ötən ay 800 milyon manatdan çox depozit banklardan geri çəkilib

2024-cü il avqust ayının 1-nə Azərbaycanda fiziki və hüquqi şəxslərin ümumi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 381.3 milyon manat təşkil edib.

1news.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi cari ilin iyul ayının 1-i ilə müqayisədə 2.3% və ya 803.7 milyon manat azalıb.

Qeyd edək ki, ötən ay fiziki şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 219.3 milyon manat azalaraq 13 milyard 661 milyon manat, hüquqi şəxslərin depozitləri isə 584.5 milyon manat azalaraq 20 milyon 720.3 milyon manat təşkil edib.

Xatırladaq ki, iyul ayında bank sektorunun cəmi aktivləri 50 milyard 328.1 milyon manatdan 1 milyard 238.8 milyon manat azalaraq 49 milyard 89.3 milyon manata enib.

Paylaş:
305

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər