ASCO “Qarabağ” gəmisini rebrendinq edib | 1news.az | Xəbərlər
Cəmiyyət

ASCO “Qarabağ” gəmisini rebrendinq edib

Qafar Ağayev12:11 - 30 / 08 / 2024
ASCO “Qarabağ” gəmisini rebrendinq edib

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Qarabağ” Ro-Ro gəmisinin adını dəyişərək (rebrendinq) “Mingəçevir” edib.

1news.az bu barədə ASCO-ya istinadən xəbər verir.

Məlumata görə, gəmi yenə də Xəzərdə Bakı-Türkmənbaşı-Bakı və Bakı-Kurık-Bakı xətlərində daşımalar həyata keçirəcək. "Mingəçevir" hazırda Türkmənbaşıdan Bakı istiqamətinə doğru üzür.

Xatırladaq ki, “Qarabağ” gəmi-bərəsi 2008-ci ildə istismara verilib. Onun uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 dəniz milidir. Tam yükgötürmə qabiliyyəti isə 5 985 tondur.

Paylaş:
198

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər