Dünya 2024-cü ildə ən isti yayını yaşadı - REKORD | 1news.az | Xəbərlər
Dünya

Dünya 2024-cü ildə ən isti yayını yaşadı - REKORD

Qafar Ağayev10:30 - 06 / 09 / 2024
Dünya 2024-cü ildə ən isti yayını yaşadı - REKORD

Avropa İttifaqının (Aİ) “Copernicus” peyk nəzarət sistemi, 2024-cü ilin yayının dünya üzrə "ən isti yay" olaraq qeydə alındığını açıqlayıb.

1news.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, 2024-cü il avqust ayı, 1991-2020-cı il ortalamasından 0,71 dərəcə yüksək olaraq qlobal miqyasda ən isti avqust oldu.

2024-cü ilin iyun-avqust aylarında temperatur 1991-2020-ci il ortalamasını 0,69 dərəcə keçdi və bununla da, bu yay "ən isti yay" kimi tarixə düşdü.

Qeyd olunub ki, Avropada temperatur ortalaması 1,54 dərəcə yüksələrək 2022-dəki rekordu keçdi.

Avropada bəzi yerlərdə ortalamadan aşağı temperatur və yağıntı olsa da, ümumilikdə cənub və şərqdə istiliklər daha yüksək olub. Qlobal olaraq isə Antarktikanın şərqi, Texas, Kanada və Afrikanın şimal-şərqində temperatur ortalamadan yüksək olaraq qeydə alınıb.

Copernicus İqlim Dəyişikliyi Xidmətinin müavini Samantha Burgess, bu rekordların davam etməsinin 2024-cü ilin "ən isti il" olma ehtimalını artırdığını vurğuladı və istixana qazlarının azalmasının vacibliyini qeyd etdi.

Paylaş:
1293

Son xəbərlər

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər