Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

15:59 - 07 / 09 / 2024
Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin maddi-texniki təminat üzrə idarə, şöbə (bölmə) və xidmət rəisləri ilə təlim-metodiki toplanış keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən xəbərə görə, toplanışda Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Eldəniz Yəhyayev iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Toplanışda cari il ərzində görülən işlər və əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı məruzələr dinlənilib, maddi-texniki təminatın vəziyyəti və bu sahədə həyata keçirilən islahatlar təhlil olunub.

Tədbirdə çıxış edən general-mayor E.Yəhyayev Azərbaycan Ordusunda maddi-texniki təminat sahəsində görülən tədbirlər və qarşıda duran başlıca vəzifələrdən danışıb.

Həmçinin maddi-texniki təminat üzrə ümumi vəziyyət, silahlanmaya yeni daxil edilmiş silah, texnika və digər vasitələrin uçotu, onların istismarı haqqında məlumatların çatdırılması, qoşunlarda maddi-texniki təminatın perspektivləri və qış dövrünə hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Bundan başqa Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində görülən işlər çərçivəsində maddi-texniki təminatın vahid mərkəzdən daha operativ idarə olunmasını təmin etmək məqsədilə yeni məlumat sisteminin yaradılmasından danışılıb.

Sonda Müdafiə Nazirliyinin rəhbərliyinin maddi-texniki təminatın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.

Paylaş:
581

Son xəbərlər

Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06
Bütün xəbərlər