Bakı aeroportundan səyahətçilərə tövsiyə: Əlavə vaxt planlaşdırın | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı aeroportundan səyahətçilərə tövsiyə: Əlavə vaxt planlaşdırın

Qafar Ağayev09:31 - 09 / 09 / 2024
Bakı aeroportundan səyahətçilərə tövsiyə: Əlavə vaxt planlaşdırın

Bakıda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyatın məhdudlaşdırılması, eləcə də ölkəmizə gələn qonaqların sayının artması gözlənilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən 1news.az-a verilən məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini bu halları nəzərə alaraq planlaşdırmağı və hava limanına rahat çatmaq üçün əlavə vaxt ayırmağı tövsiyə edir.

Sərnişinlərin səyahətlərini asanlaşdırmaq üçün aşağıdakı tövsiyələrə əməl etmələri məsləhət görülür:

· Hava limanına erkən gəlmək: Bütün təhlükəsizlik və qeydiyyat prosedurlarını rahatlıqla keçə bilməniz üçün uçuşdan ən azı 2 saat əvvəl hava limanında olun.

· Onlayn qeydiyyatdan keçmək: Gözləmə müddətini minimuma endirmək üçün uçuşdan əvvəl onlayn qeydiyyatdan keçin. Bəzi aviaşirkətlər uçuşdan 48 saat əvvəl qeydiyyat imkanı təqdim edir, bu imkandan yararlanaraq vaxtınıza qənaət edin.

· Uçuş terminalını əvvəlcədən yoxlamaq: Uçuşunuzun hansı terminaldan həyata keçiriləcəyini elektron biletinizdən və ya aviaşirkətin rəsmi veb-saytından əvvəlcədən öyrənin ki, qarışıqlıq olmasın.

· “Aeroexpress” xidmətindən istifadə etmək: “28 may” metro stansiyasından hava limanına və geri rahat və tıxacdan kənar bir yol seçmək üçün Aeroexpress ictimai nəqliyyatından istifadə edin.

· Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitənizi yalnız hava limanında parklanma üçün ayrılmış rəsmi yerlərdə saxlayın. Əks halda, keçidlərin bağlanmasına və digər avtomobillərin hərəkətinə mane olaraq süni tıxaclar yarada bilərsiniz. Sərnişinləri 5 dəqiqə ərzində düşürüb və ya götürmək üçün xüsusi “drop-off” zonalarından istifadə edin.

· Parklanma ödənişlərini onlayn etmək: Vaxtınıza qənaət etmək üçün AzParking, ABB, Birbank mobil tətbiqləri və ya Tezödə platformasından istifadə edərək parklanma haqqını asanlıqla onlayn ödəyə bilərsiniz. İlk 15 dəqiqəlik parklanma üçün ödəniş tələb olunmur.

· Xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün: Əgər xüsusi qayğıya ehtiyacınız varsa, uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətə məlumat verin ki, hava limanında və təyyarədə sizə lazımi dəstək təmin edilsin.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün bu müddət ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcəkdir. Səyahətinizi vaxtında planlaşdıraraq rahatlığınızı təmin edin!

Paylaş:
200

Son xəbərlər

Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıbBu gün, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilibBu gün, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşibBu gün, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladıBu gün, 13:12KOB-ların maliyyələşdirilməsi ilə bağlı 6-cı qrant müsabiqəsi elan edilirBu gün, 12:54“28 May” metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında yeni marşrut xətti açıldıBu gün, 12:398 Noyabr prospektində əsaslı təmir işləri davam etdirilir - FOTOBu gün, 12:32I sinfə və məktəbəhazırlıq qruplarına elektron qəbul yenidən aktivləşdirilibBu gün, 12:28Lökbatanda palçıq vulkanında püskürmə qeydə alınıbBu gün, 12:14İş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:0227 dərəcəyədək isti olacaq - Sabahın havası açıqlandıBu gün, 11:50Sentyabrın 18-i Milli Musiqi GünüdürBu gün, 11:42Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilibBu gün, 11:26FHN İsmayıllıda obyektin fəaliyyətini dayandırıbBu gün, 11:18NİİM hazırda sıxlıq müşahidə olunan yolların siyahısını açıqladıBu gün, 11:13Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini ilə bağlı qərarını açıqladıBu gün, 11:01Azərbaycan nefti bahalaşıbBu gün, 10:51Daha dörd I Qarabağ müharibəsinin itkin şəhidi dəfn ediləcəkBu gün, 10:37Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edibBu gün, 10:25“McDonald’s Azərbaycan” və DSMF bütün ölkə üzrə şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin edib - FOTOBu gün, 10:16
Bütün xəbərlər