Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur

Qafar Ağayev15:22 - 10 / 09 / 2024
Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflərin hazırlanması” tədbiri çərçivəsində əsas icraçı qurum kimi aparılan müzakirələrdə aktiv iştirak edərək bu istiqamətdə maliyyə əlçatanlığının artırılmasına öz töhfəsini verir.

1news.az Mərkəzi Banka istindən xəbər verir ki, bu tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə öz əksini tapır.

Qeyd edək ki, Mərkəzi Bank artıq 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə öz təkliflərini irəli sürüb və bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, Mərkəzi Bank tərəfindən 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə olunmasında kredit şərtlərində aparılmış yumşalmalar və qaydalara edilmiş dəyişikliklər növbəti dövrlərdə bu növ nəqliyyat vasitələrinin kreditləşməsinə və sığortalanmasına pozitiv təsir göstərib. Həyata keçirilmiş bu təşəbbüslər adıçəkilən nəqliyyat vasitələrinin kreditlə alınmasında əlçatanlıq səviyyəsini artırıb.

Mərkəzi Bank tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində 2022-ci ildən bu tərəfə son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb. Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”na rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir (https://azranking.az/working-groups).

Paylaş:
194

Son xəbərlər

Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11Anar: “Yazıçılar İttifaqının iki min neçə üzvü varsa, deməli, hamısı Elzadan yaxşı yazır?” - FOTO - VİDEOBu gün, 10:00Qubada paraşütçü ölübBu gün, 09:36AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:08Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21
Bütün xəbərlər