Bakının Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub

13:33 - 13 / 09 / 2024
Bakının Mikayıl Müşfiq küçəsinin bir hissəsi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsinin İsmayıl bəy Qutqaşınlı küçəsindən Mətbuat prospektinə qədər olan hissəsi üzrə aparıdığı təmir işlərini yekunlaşdırıb.

1news.az agentliyə istinadən xəbər verir ki, sözügedən hissənin uzunluğu 810 metr, ortalama eni isə 20 metr təşkil edir.

Təmir işləri çərçivəsində küçənin sözügedən hissəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, frezlənmiş ərazi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Ardınca isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün aidiyyəti qurum tərəfindən üfüqi nişanlanma xətlərinin çəkilişi işləri yerinə yetirilib.

Küçənin sözügedən hissəsi müasir görkəmdə artıq vətəndaşların istifadəsindədir.

Paylaş:
120

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər