Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub? | 1news.az | Xəbərlər
Cəmiyyət

Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?

15:53 - 13 / 09 / 2024
Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?

Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəf üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir.

Bir neçə gün öncə, 12 sentyabr 2024-cü il tarixində Türk Dövlətləri Təşkilatı tərəfindən Ortaq Türk Əlifbasının layihəsi təsdiq olunaraq, sözügedən layihənin tətbiqi ilə əlaqədar razılığa gəlinmişdir.

Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi, bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması, eləcə də Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılmasından ibarət olmuşdur. Komissiya, 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın qrafikası əsaslı Ortaq Türk Əlifbası layihəsini hərtərəfli şəkildə nəzərdən keçirmiş, bu layihədə gərəkli olan məqamlara diqqət yetirərək ümumilikdə 1993-cü ilin layihəsini qəbul etmişdir.

Qeyd olunmalıdır ki, 1991-ci ildə Ortaq Türk Əlifbasının hazırlanmasının əsas təşəbbüskarı və tərtibatçısı tanınmış türkoloq, dilçi-alim və ictimai xadim, Müasir Azərbaycan Əlifbasının müəllifi akademik Afad Qurbanov olmuşdur.

Məlum olduğu kimi, 18-20 oktyabr 1991-ci il tarixdə İstanbulda Marmara Universitetinin Türkologiya İnstitutu tərəfindən təşkil edilən “Müasir Türk Əlifbası” simpoziumunda Afad Qurbanovun təqdim etdiyi Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin dilçiləri tərəfindən müzakirə edilib. Həmin iclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan olan dilçilər iştirak edirdilər. Dilçilərin müzakirəsinə təqdim edilən əlifbada mövcud olan 34 hərfin 29-u türk dilindən götürülmüşdür.

Akademik Afad Qurbanovun gərgin əməyi nəticəsində 1991-ci ildə türk dünyası üçün 34 hərfdən ibarət latın qrafikası əsasında hazırlanmış Ortaq Türk Əlifbasının layihəsi bütün türkdilli xalqların fonetik sistemini əhatə etmişdir. Afad Qurbanov 1993-cü ildə Ortaq Türk Əlifbası layihəsi türkdilli dövlətlərin alimləri tərəfindən qəbul olunarkən demişdir ki, “Bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Türk xalqlarının siyasi, iqtisadi və mədəni birliyinin yaranması və həyata keçirilməsi üçün ortaq türk dili və əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. Ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir”.

1993-cü ildə hazırlanmış Orta Türk Əlifbası:

Ortaq Türk Əlifbasının hazırlanmasındakı, Türkoloji dilçiliyin və Ortaq Türk Dilinin inkişafındakı xidmətlərinə görə Afad Qurbanov Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Süleyman Dəmirəl tərəfindən Ankaraya dəvət olunaraq Türk Dil Qurumunun şərəf üzvlüyünə ilk azərbaycanlı olaraq qəbul edilmişdir.

Şəkillər 18-20 oktyabr 1991-ci il tarixdə İstanbulda Marmara Universitetinin Türkologiya İnstitutu tərəfindən təşkil edilən “Müasir Türk Əlifbası” simpoziumu zamanı çəkilib.

Paylaş:
202

Son xəbərlər

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19
Bütün xəbərlər