Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıb

12:39 - 14 / 09 / 2024
Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıb

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Qeyd olunub ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə 7-13 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 5 avtomat silahı, 4 tapança, 6 tüfəng, 13 qumbara, 16 alışdırıcı, 5 süngü-bıçaq, 20 patron darağı, 679 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Xocalı rayonu ərazisindən 1 qumbara, 1 alışdırıcı, 196 ədəd müxtəlif çaplı patron, Kəlcər rayonu ərazisindən 1 qumbaraatan və 5 ədəd mərmi, Tərtər rayonu ərazisindən 1 qumbaraatan, 6 patron darağı, 180 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonunun Muğanlı kəndi ərazisindən 51 mərmi, 243 qumbara, 28780 ədəd müxtəlif çaplı patron, 58 barıt atımı, 62 alışdırıcı, Ağdam rayonunun Papravənd kəndi ərazisindən 2 avtomat, 5 mərmi, 55 ədəd müxtəlif çaplı patron, 2 patron darağı, Qubadlı rayonunun Qaraağacı kəndi ərazisindən 1 avtomat, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Paylaş:
225

Son xəbərlər

Cəbrayıl şəhərinə köçürülən sakinlərdən artıq 30-dək şəxsin məşğulluğu təmin olunubBu gün, 12:03Bakı-Şamaxı-Yevlax yolunda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 11:56Bakıda hoteldə sanitariya tələblərinin pozulduğu aşkarlanıb - FOTOBu gün, 11:48Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilirBu gün, 11:31Nazir Rəşad Nəbiyev Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşübBu gün, 11:13İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edibBu gün, 11:11“Biznesin müflisləşməsi” İşçi qrupunun auditorlarla görüşü keçirilibBu gün, 11:05Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİBBu gün, 10:50Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 10:49“Push30” hesabları SİMA KYC ilə daha etibarlı!Bu gün, 10:30Qərbi Azərbaycan İcmasından ABŞ-nin Azərbaycana qarşı mövqeyinə CAVABBu gün, 10:26Kamaləddin Qafarov: “Böyük Qayıdış Cocuq Mərcanlıdan başlayıb”Bu gün, 10:24“İçərişəhər” beynəlxalq mükafatın qalibi olub - FOTOBu gün, 10:05Azərbaycan və Belarus səhiyyə sahəsində əməkdaşlığa dair yol xəritəsini müəyyənləşdiriblərBu gün, 09:49Azərbaycan nefti bahalaşıbBu gün, 09:49DİN Füzülidə əməliyyat keçirdi - 3 kiloqramdan çox tiryək aşkarlandıBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Bu gün Cəbrayılın düşmən tapdağından azad edilməsindən 4 il ötürBu gün, 09:22Zakir Həsənov Türkiyəyə işgüzar səfər edibBu gün, 09:16Ermənistanın Gəncəyə ilk raket hücumundan 4 il ötürBu gün, 09:11
Bütün xəbərlər