Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib

Qafar Ağayev16:52 - 16 / 09 / 2024
Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib

16 sentyabr 2024-cü il tarixində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris ilinin başlanması ilə əlaqədar Bilik günü və I kurs kursantlarının “Polis Andı”nı qəbul etmələri ilə müşayiət olunan təntənəli mərasim keçirilib.

1news.az xəbər verir ki, tədbirə başlamazdan öncə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igid oğullarımızın, həmçinin xidməti tapşırıqları yerinə yetirərkən həlak olan həmkarlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının dövlət himni ifa edilib.

Mərasimi giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun təbrikini, cənab nazirin Akademiyaya yeni qəbul olmuş kursantlara təhsil və təlim prosesində uğurlar arzuladığını, dövlətimizin, eləcə də Azərbaycan Polisinin adını uca tutmağı, eyni zamanda, bilik və təcrübələrini, peşəkar və fiziki hazırlıq səviyyələrini daim inkişaf etdirmələrini onlara tövsiyə etdiyini şəxsi heyətə çatdırıb.

Ötən dövr ərzində əldə olunmuş nailiyyətlərə toxunan Akademiya rəisi müasir meyarlara cavab verən təhsil prosesinin həyata keçirilməsi və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə edilən peşəkar polis kadrlarının hazırlığı istiqamətində qarşıya qoyulmuş vəzifələrin bundan sonra da əzmlə yerinə yetiriləcəyini vurğulayıb.
Tədbirin davamı olaraq 2023-2024-cü tədris ilini müvəffəqiyyətlə başa vuraraq tədris və idman nəticələrinə görə Polis Akademiyasının kursantları arasında “Əlaçı kursant” və ll dərəcəli “İdmançı kursant” döş nişanlarına layiq görülmüş, habelə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən lll ixtisas qrupu üzrə keçirilmiş imtahanlarda 650 və yuxarı bal toplayaraq Polis Akademiyasına qəbul olmuş gənc kursantlara Akademiya rəisi C.Daanov tərəfindən döş nişanları və qiymətli hədiyyələr təqdim edilib.

Sonra 2023-2024-cü tədris ilini “Əlaçı” döş nişanı ilə başa vurmuş V kurs kursantı K.Qurbanlı çıxış edərək göstərilən qayğı, etimad və dəstəyə görə akademiya rəhbərliyi və elmi pedaqoji kollektivinə öz təşəkkürlərini bildirib.

Mərasim I kurs kursantlarının "Polis Andı”nı qəbul etmələri ilə davam edib. Daha sonra I kurs kursantı Ə.Paşazadə çıxış edərək bu əlamətdar gün münasibətilə kurs yoldaşlarını təbrik edib.

Sonda “Polis Akademiyasının marşı” səsləndirilib və şəxsi heyət təntənəli keçid ilə tribunanın qarşısından keçib.

Paylaş:
158

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər