XİN-dən Niderlandın Azərbaycana qarşı qərəzli yanaşmasına münasibət | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN-dən Niderlandın Azərbaycana qarşı qərəzli yanaşmasına münasibət

Qafar Ağayev13:55 - 17 / 09 / 2024
XİN-dən Niderlandın Azərbaycana qarşı qərəzli yanaşmasına münasibət

Təəssüf ki, Niderland tərəfi növbəti dəfə Azərbaycana və postmünaqişə dövründə regiondakı mövcud vəziyyətə münasibətdə qərəzli yanaşma nümayiş etdirir.

1news.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığı tərəfindən sentyabrın 13-də dərc olunmuş hökumət proqramının “Beynəlxalq təhlükəsizlik” bölməsində yer alan iddialarla bağlı yerli medianın sualına cavabında bildirib.

Mətbuat katibi, həmçinin qeyd edib: “Əvvəla bu ölkənin Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd etməsi qəbuledilməzdir. Qarabağ bölgəsi hər zaman ölkəmizin ayrılmaz hissəsi olub və 30 ilə yaxın Ermənistan tərəfindən işğal altında idi. Niderlandın Ermənistanın bu qanunsuz hərəkətlərinə göz yumması təəssüf doğurur. Azərbaycanın bu ərazilərin azad edilməsi ilə bağlı tədbirləri beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, habelə bu və ya digər şəkildə yanlış dəyərləndirilə bilinməyəcək qədər ölkəmizin suveren hüququ olub.

Bununla yanaşı, biz Azərbaycanın Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” şəklində yanlış adlandırılmasını qətiyyətlə rədd edirik. Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının daha bir bariz təzahürüdür. Respublikamızda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığını, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində ölkəmizin müvafiq orqanları tərəfindən standartlaşdırılmış və Birləşmiş Millətlər Təşkilatının Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinad etməli olduğunu bir daha təkrarlayırıq.

Biz Niderland tərəfini Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətləri daha da sarsıdan, regionun beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına mane olan bu cür bəyanatlara son qoymağa çağırırıq”.

Paylaş:
140

Son xəbərlər

Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTOBu gün, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıbBu gün, 15:50Ağdaşda kanaldan meyit tapılıbBu gün, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıbBu gün, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıbBu gün, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil veribBu gün, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıbBu gün, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:02Sabahın hava proqnozuBu gün, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülübBu gün, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdürBu gün, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirBu gün, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilibBu gün, 10:52Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10Xəzər İnşaat Həftəsi öz işinə start verdiBu gün, 09:48Səbail rayonunda intihara cəhd edən şəxs xilas olunub - VİDEOBu gün, 09:25Bakıda sıxlıq olan küçə və prospektlər - SİYAHIBu gün, 09:08Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07
Bütün xəbərlər