Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Qafar Ağayev17:06 - 17 / 09 / 2024
Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Dənizkənarı Bulvar İdarəsi Publik Hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ibtidai istintaqla həmin idarənin İdarə Heyətinin sabiq sədri Mustafayev İlqar Əziz oğlunun 2021-2023-cü illər ərzində idarənin fəaliyyəti istiqamətləri üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talamasına, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanan ilkin sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Paylaş:
142

Son xəbərlər

Pepsi dünyada 120 ölkədə vizual görkəmini dəyişərək 14 ildən sonra yeni görünüşünü təqdim edir - FOTOBu gün, 11:27“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın - FOTOBu gün, 11:01“Usta mənəm” müsabiqəsinin seçim turu başa çatdı - FOTOBu gün, 10:31Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:23“akart” geniş fəaliyyətə başladı!Bu gün, 10:18Bakıda BOSS Kids Wear uşaq geyim mağazası açılıb – FOTOBu gün, 10:15Azərbaycan nefti 4 %-dən çox ucuzlaşıbBu gün, 09:56Prezident Hadrutun azad olunmasının 4 ili ilə bağlı paylaşım edibBu gün, 09:37AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:12Bakıda tıxac olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:04Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTO08 / 10 / 2024, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib08 / 10 / 2024, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıb08 / 10 / 2024, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTO08 / 10 / 2024, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"08 / 10 / 2024, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTO08 / 10 / 2024, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir08 / 10 / 2024, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib08 / 10 / 2024, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb08 / 10 / 2024, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 108 / 10 / 2024, 15:18
Bütün xəbərlər