Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb

Qafar Ağayev14:57 - 18 / 09 / 2024
Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb

Xudavəng monastırı Azərbaycanın tarixi və mədəni irsinin vacib nümunələrindən biridir. Azərbaycandakı bütün dini və mədəni abidələr dövlət tərəfindən qorunur və bərpa edilir.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb.

O qeyd edib ki, bu faktor Azərbaycanın özünün mədəni irsini qorumağa sadiq olduğunu nümayiş etdirir:

“Təəssüf ki, Ermənistanın işğalı dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb, talan edilib və Ermənistan tərəfindən özününküləşdirilib. Xudavəng monastırı da bu vandalizmin tərkib hissəsi kimi təhrif olunmağa və saxtakarlığa məruz qalıb. Azərbaycan müharibədən sonra bu ərazilərdəki mədəni irsin bərpasına ciddi yanaşır və ölkəmizin bu sahədəki təcrübəsi nümunə ola bilər. Xudavəng kimi digər abidələrin də orijinal tarixi formasında bərpası və mühafizəsi bu siyasətin tərkib hissəsidir”.

Paylaş:
194

Son xəbərlər

Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15
Bütün xəbərlər