Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülüb

Qafar Ağayev10:25 - 23 / 09 / 2024
Paytaxtın Xaqani küçəsində üfüqi yol nişanlanması işləri görülüb

Bakının Xaqani küçəsinin yeni təmirdən çıxmış hissəsində üfüqi yol nişanlanması işləri həyata keçirilib.

1news.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, görülən işlər çərçivəsində parklanma yerləri də saxlanılmaqla küçədə velosiped yolları təşkil edilib, hərəkət zolaqları kanallaşdırılıb. Velosiped yollarının bütün küçəboyu təşkili nəzərdə tutulub.

Paylaş:
147

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər