Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur

Qafar Ağayev16:07 - 24 / 09 / 2024
Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur

Hazırda Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində təmir işləri aparılır.

Bu barədə 1news.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 1 046 metr, ortalama eni 17,5 metr olan küçədə hazırda frezlənmə işləri yerinə yetirilir. Daha sonra küçəyə yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Paylaş:
244

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər