Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb

Qafar Ağayev17:45 - 24 / 09 / 2024
Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb

İsveçrə Federal Məclisinin bir qrup deputatı tərəfindən İsveçrə hökumətinə ünvanlanan və məzmunca Azərbaycana qarşı qərəzli xarakter daşıyan sorğu İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən etirazla qarşılanıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a bildirilib ki, İsveçrədəki Azərbaycan diaspor təşkilatları İsveçrə parlamentinə bununla əlaqədar bəyanatlar ünvanlayıblar. Bəyanatlarda hər iki dövlətin qarşılıqlı əlaqələrinin önəmi vurğulanıb. Cənubi Qafqazda sülhün əleyhinə olan qüvvələrin COP29-dan istifadə edərək öz məqsədlərinə çatmaq cəhdləri diqqətə çatdırılıb.

Cari ilin noyabr ayında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP) qlobal ekoloji problemlərin həlli istiqamətində töhfəsi ilə yanaşı, regionda sülhün təminatı baxımından da vacibliyi qeyd olunub.

İsveçrə parlamentində səslənən “soyqırımı” və “etnik təmizləmə” ittihamlarının reallığı əks etdirmədiyi vurğulanıb, bu tip ifadələrin İsveçrənin dövlət qurumlarında müzakirəsinin narahatlıq doğurduğu bildirilib.

COP29-un xarici manipulyasiya üçün deyil, əsas iqlim məsələlərini həll etmək üçün vacib platforma olduğu xatırladılıb. İsveçrə parlamentinin üzvləri məsuliyyətli yanaşma nümayiş etməyə çağırılıb.

Paylaş:
224

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər