Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib | 1news.az | Xəbərlər
Siyasət

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib

Qafar Ağayev17:50 - 24 / 09 / 2024
Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında gələcək əməkdaşlıq müzakirə edilib.

1news.az xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva UNICEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullahı qəbul edib.

Görüş zamanı Müvəkkil uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan Ombudsman beynəlxalq təşkilatlarla, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini qeyd edib.

Müvəkkil Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq müvafiq sahədə görülmüş işlərdən danışıb.

S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verərək, uşaq hüquqlarının müdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyini bildirib. Ombudsman milli preventiv, habelə uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmləri çərçivəsində, eləcə də yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi, məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etməsi və digər istiqamətlərdə görülən işlər haqqında da geniş məlumat verib.

Həmçinin müvəkkil azad edilmiş ərazilərdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına təhlükə yaratdığını bildirib, uşaqların da minadan zərər çəkən şəxslər arasında olduğunu və onların mina təhlükəsizliyi barəsində məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

Görüşdə, həmçinin qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

Paylaş:
247

Son xəbərlər

Prezident Serbiyanın dövlət başçısı ilə görüşübBu gün, 18:08Prezident slovakiyalı həmkarı ilə görüşübBu gün, 17:48İlham Əliyev Belarus Prezidenti ilə görüşübBu gün, 17:41Murat Kurum: “Türkiyə, Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük heyətlə qatılıb”Bu gün, 17:28Prezident Belçikanın Baş naziri ilə görüşüb - YENİLƏNİBBu gün, 17:14Dövlət Başçısı Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 17:01İlham Əliyev Serbiya Prezidenti ilə görüşübBu gün, 16:46Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda səfərdədirBu gün, 16:39Konqo Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 16:25İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb - YENİLƏNİBBu gün, 16:19İranın vitse-prezidenti Azərbaycanda səfərdədirBu gün, 16:17İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşübBu gün, 16:10Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlibBu gün, 15:58Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilibBu gün, 15:32Bu gün Xalq artisti İslam Rzayevin anadan olmasından 90 il ötürBu gün, 15:05Slovakiya Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 14:46Belarus Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycanda səfərdədirBu gün, 14:38Prezident Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - YENİLƏNİBBu gün, 14:30Serbiya Prezidenti Azərbaycana səfərə gəlibBu gün, 14:18Nepal Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycana səfərə gəlibBu gün, 13:53
Bütün xəbərlər