Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.
Xidmətdən 1news.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.
Sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan, Ordubad, Culfa, Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustan, Göygöl, Gəncə, Samux, Goranboy, Naftalan, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Qax, Balakən, Şəki, Zaqatalada fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
116