STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladı

Qafar Ağayev13:09 - 25 / 09 / 2024
STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladı

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanın hərbi sənaye imkanlarına ictimai münasibəti öyrənmək məqsədilə əhali arasında sorğular keçirib.

STM-dən 1news.az-a verilən məlumata görə, ümumi nəticələr ölkənin hərbi sənaye potensialının yüksək qiymətləndirildiyini göstərir.

Belə ki, “Sizcə, Azərbaycanın hərbi sənaye imkanları hansı səviyyədədir?” sualına respondentlərin əhəmiyyətli hissəsi, yəni 74,9%-i “güclüdür” cavabını verib. Sorğu iştirakçılarının 17,1%-i Azərbaycanın hərbi sənaye imkanlarının orta səviyyədə, 2,3%-i zəif olduğunu düşünür. 5,7%-i bu suala cavab verməkdə çətinlik çəkib.

Nəticələrin respondentlərin yaş qruplarına və təhsil səviyyələrinə görə təhlili gənc nəslin və ali təhsilli sorğu iştirakçılarının Azərbaycanın hərbi sənaye imkanlarını yüksək səviyyədə qiymətləndirdiyini göstərir.

Sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və ondan yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub.

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

Paylaş:
158

Son xəbərlər

FHN-də COP29-la əlaqədar növbəti müşavirə keçirilib05 / 11 / 2024, 17:46“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin “Zəfər” kitabı çapdan çıxıb05 / 11 / 2024, 17:4234 qapı və 16 kondisioner oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb05 / 11 / 2024, 17:20Bakı küçələrini təmizləmək yeni tozsoran texnika alınıb - FOTO05 / 11 / 2024, 17:01Taksi sürücüləri üçün imtahanda üç nəfər başqasının yerinə iştiraka cəhd edib05 / 11 / 2024, 16:53“Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib - FOTO05 / 11 / 2024, 16:49Zakir Həsənov Slovakiyada döyüş texnikaları ilə tanış olub05 / 11 / 2024, 16:37İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib - YENİLƏNİB05 / 11 / 2024, 16:12Bəzi uşaq evlərində monitorinq keçirilib, 41 nəfər cəzalandırılıb, 7 əməkdaş işdən çıxarılıb05 / 11 / 2024, 16:06“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir05 / 11 / 2024, 15:59Əli Əsədov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin iştirakçıları ilə görüşlər keçirib05 / 11 / 2024, 15:35Bakıda küləyin sürəti 20 m/s-yə çatır - FAKTİKİ HAVA05 / 11 / 2024, 15:10Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət qrafiki dəyişir05 / 11 / 2024, 14:50Küçə və yol kənarlarında qida məhsullarının qanunsuz satışı ilə mübarizə tədbirləri genişləndirilib - FOTO05 / 11 / 2024, 14:43Daxili Qoşunlarda əsgərlərin andiçmə mərasimi keçirilib05 / 11 / 2024, 14:30COP29 çərçivəsində keçiriləcək tədbirlərin proqramı açıqlanıb05 / 11 / 2024, 14:29Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib05 / 11 / 2024, 13:26Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA05 / 11 / 2024, 13:15AMB-də COP29 zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub05 / 11 / 2024, 13:08Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıb05 / 11 / 2024, 13:06
Bütün xəbərlər