Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilir

Qafar Ağayev12:29 - 25 / 09 / 2024
Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilir

Sentybarın 25-də Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum işə başlayıb.

1news.az xəbər verir ki, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə IOTA üzvü ölkələrdən 40-dan çox yüksək vəzifəli vergi rəsmisi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC UN), Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq İqlim Dəyişikliyi və İnkişaf Mərkəzi (ICCCAD), Asiya İnkişaf Bankı (AİB) kimi beynəlxalq təşkilatların nümayəndələri, biznes liderləri iştirak edirlər. İki gün davam edəcək Beynəlxalq Forumda karbon qiymətlərinin müəyyənləşdirilməsi mexanizmləri, onların tətbiqi ilə bağlı beynəlxalq təcrübə və yeni yanaşmalar müzakirə olunacaq.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Beynəlxalq Valyuta Fondunun rəsmisi xanım Marqaret Kotton çıxış ediblər.

Forumun birinci günündə “Karbon qiymətqoyma və karbon vergisinə giriş”, “Karbon vergisinin tətbiqi: dünya təcrübəsi”, “Karbon vergisinin iqtisadi təsirləri” və “Karbon vergisindən istifadə və innovasiya” mövzularında sessiyalar keçiriləcək.

Sessiyalar zamanı karbon vergiləri, emissiyaların ticarət sistemləri və hibrid modellər kimi müxtəlif karbon qiymətlərinin müəyyən edilməsi yanaşmaları, karbon qiymətlərinin təhlili, bu siyasətin inkişafı və beynəlxalq əməkdaşlıq üçün prioritetlərin müəyyənləşdirilməsi, karbon qiymətlərinin digər iqlim siyasəti və təşəbbüsləri ilə inteqrasiyası müzakirə olunacaq.

Mövcud və yeni yaranan karbon qiymətqoyma, karbon vergisinin icmalı, məqsədi və qlobal nümunələr, karbon vergisinin tətbiqi ilə bağlı çətinliklər və uğurlu təcrübələr, karbon vergisinin iqtisadi təsirlərinin təhlili, istifadə strategiyaları, texnoloji innovasiya və yaşıl enerjinin sürətləndirilməsində rolu kimi mövzular barədə təqdimatlar nümayiş etdiriləcək.

Forumun ikinci günündə iki sessiya keçiriləcək. “Maraqlı tərəfərin perspektivləri və ictimai iştirak” və “Karbon Sərhəd Tənzimləmə Mexanizmi (CBAM)” mövzularında təşkil edilən sessiyalarda karbon vergisinin sosial təsiri, hökumət, biznes, QHT-lər və ictimaiyyətdən müxtəlif maraqlı tərəflərin baxışları, CBAM-ın məqsədi, əhatə dairəsi, iqtisadi və ətraf mühitə təsiri, CBAM-a Hazırlıq üçün Yol Xəritəsi barədə ətraflı məlumat veriləcək.

İki günlük forum çərçivəsində karbon qiymətləndirilməsi mövzusunda müxtəlif müzakirələr, beynəlxalq təcrübədə tətbiq edilən mexanizmlərin nəzərdən keçirilməsi və konstruktiv dialoqların qurulması gözlənilir.

Paylaş:
184

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər