Qərbi Azərbaycan İcması Şotlandiya parlamentində Azərbaycanla bağlı təqdim olunan sənədi qətiyyətlə pisləyib | 1news.az | Xəbərlər
Siyasət

Qərbi Azərbaycan İcması Şotlandiya parlamentində Azərbaycanla bağlı təqdim olunan sənədi qətiyyətlə pisləyib

Qafar Ağayev12:48 - 26 / 09 / 2024
Qərbi Azərbaycan İcması Şotlandiya parlamentində Azərbaycanla bağlı təqdim olunan sənədi qətiyyətlə pisləyib

Qərbi Azərbaycan İcması Şotlandiya parlamentinin deputatı Kennet Qibsonun təqdim etdiyi sənədi pisləyib.

1news. xəbər verir ki, İcmanın bununla bağlı bəyanatında bildirilir: "Biz Şotlandiya parlamentində deputat Kennet Qibson tərəfindən sentyabrın 20-də təqdim edilmiş sənədi qətiyyətlə pisləyirik.

İlk növbədə, vurğulamaq istəyirik ki, etnik təmizləmə və işğal ilə assosiasiya olunan “artsax” termininin sənəddə istifadəsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir.

Sənəddə Qarabağ ermənilərinin Azərbaycanın reinteqrasiya təklifini rədd edib, sərbəst şəkildə ölkəni tərk etməsinin zorla edilmiş hərəkət kimi təqdim edilməsinə çalışılır və digər əsassız iddialar irəli sürülür.

Sənədin müəllifi Ermənistandan və işğal olunmuş Azərbaycan torpaqlarından etnik təmizləməyə məruz qalmış bir milyon azərbaycanlının taleyini tamamilə gözardı edir.

Eyni zamanda, sənəddə Azərbaycanın işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi genişmiqyaslı dağıntılar, həmin ərazilərdə Ermənistan tərəfindən 1.5 milyon mina basdırılması barədə heç bir məlumat verilmir.

Bu sənəd həmçinin, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıdışına Ermənistanın mane olmasını görməzdən gəlir və onların qayıtmaq hüququnu mənfi şəkildə təqdim etməyə çalışır.

Ermənistanın yüzlərlə məscidi, saysız-hesabsız qəbiristanlığı və azərbaycanlılara məxsus digər mədəni irs nümunələrini məhv etməsi barədə də heç bir məlumat verilmir.

Bütün bu məqamlar göstərir ki, bu sənəd münaqişənin beynəlxalq hüquqa uyğun olaraq həll olunmuş olmasını qəbul etməyən və onu yenidən alovlandırmağa çalışan müəyyən qüvvələr tərəfindən aparılan beynəlxalq kampaniyanın bir hissəsidir.

Biz bu addımı qətiyyətlə pisləyirik və Şotlandiya Parlamentinin üzvlərindən bu təxribatı dayandırmağı tələb edirik".

Paylaş:
222

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər