Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib

11:03 - Bu gün
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı (NAYORA) ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib.

Tədbirlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində və 24 saat ərzində Qarabağ iqtisadi rayonu ərazisində keçirilən antiterror əməliyyatlarında qazandığımız uğurdan, xalq-ordu birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edilib. Tədbirlər çərçivəsində həm panel müzakirə, həm də gənclər və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə birgə yürüş baş tutub.

Azərbaycan Respublikası Pedaqoji Universitetində gənclər və gənclər təşkilatlarının nümayəndələri ilə birgə "Qarabağ: Qəhrəmanlarının Dastanı" adlı keçirilən panel müzakirəsində ilk olaraq şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Müzakirədə qazilər Vətən müharibəsində keçdikləri döyüş yolu barədə öz təəssüratlarını bölüşüb və gənclərə Qarabağ müharibəsi barədə ətraflı məlumat verilib. Panel müzakirəsində informasiya müharibəsində gənclərin rolu və onların fəal iştirakı mövzusuna toxunulub.Gənclərin sosial mediada və informasiya cəbhəsində vətənpərvərlik ruhunu təbliğ etməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirlərin davamı olaraq 2000-dən çox gəncin və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə İkinci Fəxri Xiyaban ziyarət edilərək şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, tədbirlərin keçirilməsində əsas məqsəd gənclərin milli şüurunu artırmaq və vətənpərvərlik hissini gücləndirməkdir.

Paylaş:
44

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03
Bütün xəbərlər