Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək

Qafar Ağayev15:15 - 01 / 10 / 2024
Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək

Cari ilin 8-9 oktyabr tarixlərində Bakı şəhərində ilk dəfə Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçiriləcək.

1news.az xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək tədbir “Caspian Event Organisers” MMC, İslam Əməkdaşlıq Təşkilatı (OIC), Beynəlxalq İslam Biznesi Assosiasiyası, İslam Ticarət və İnkişaf Palatası (ICO), İslam Ölkələri üzrə Statistik, İqtisadi, Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən dəstəklənir.

İki gün davam edəcək forumun məqsədi investisiya və ticarət sahəsində yeni əməkdaşlıqların qurulmasına, fikir və təcrübə mübadiləsinə töhfə vermək, Azərbaycana xarici sərmayələrin cəlb edilməsini təşviq etməkdir.

Forum konfrans və sərgi olmaqla iki hissədən ibarət olacaq. Konfransda qida, turizm, maliyyə və s. kimi istiqamətlər üzrə inkişaf perspektivləri, müvafiq sahədə standartlaşdıma məsələləri müzakirə ediləcək, təcrübə mübadiləsi aparılacaq. Konfrans çərçivəsində panel müzakirələr də təşkil ediləcək. Forumun sərgi hissəsində isə Azərbaycandan və xarici ölkələrdən olan şirkətlərin istehsal etdiyi məhsul və xidmətlər nümayiş olunacaq.

Ümumilikdə forumda dünyanın müxtəlif regionlarından olmaqla, 20-yə yaxın ölkədən rəsmi şəxslər, mütəxəssislər, akademik dairələrin və beynəlxalq təşkilatların nümayəndələri, iş adamları iştirak edəcəkdir.

Paylaş:
177

Son xəbərlər

Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilib - FOTOBu gün, 21:26Baş Prokurorluğun geniş kollegiya iclası keçirilibBu gün, 17:41Əhməd Əhmədovun məhkəməsi keçirilib, jurnalistlər iclasa buraxılmayıbBu gün, 17:10Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir - FOTOBu gün, 16:53Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"Bu gün, 16:49Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib - FOTOBu gün, 16:32Prezident Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edirBu gün, 16:14Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənibBu gün, 15:50Sentyabrda Bakıda qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıbBu gün, 15:32Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB 1Bu gün, 15:18Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub - YENİLƏNİBBu gün, 15:02Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edirBu gün, 14:49“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTOBu gün, 14:43Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb, üç nəfər saxlanılıbBu gün, 14:32Çərşənbə gününün hava proqnozuBu gün, 12:49Misirdə Azərbaycan nümayəndə heyətinin iştirakı ilə COP29 Simulyasiya Konfransı başlayıbBu gün, 12:25Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində yol qəzası olubBu gün, 12:14“COP29 yaxınlaşdıqca anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı təzyiqləri güclənir”Bu gün, 11:49FHN: Ötən sutka 9 nəfər xilas edilibBu gün, 11:26Bakıda ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən iki nəfər polis tərəfindən saxlanılıbBu gün, 11:02
Bütün xəbərlər