Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

Qafar Ağayev17:24 - 01 / 10 / 2024
Gələn ay Azərbaycana 160 elektrik mühərrikli avtobus gətiriləcək

“İddialı layihələrdən biri də ictimai nəqliyyatın elektrikləşdirilməsidir”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat “ mövzusunda keçirilən paneldə deyib.

Nazir müavini bildirib ki, növbəti ay 160 belə avtobus gətiriləcək və təbii ki, növbəti aylarda bu rəqəm artacaq: “Həm dövlət, həm də özəl şirkətlər bu istiqamətdə işlər görür. Elektrik doldurma məntəqələrinin sayı da artacaq”.

Paylaş:
375

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər