DİN: Ötən gün 39 cinayətin üstünün açılması təmin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün 39 cinayətin üstünün açılması təmin olunub

09:45 - 01 / 10 / 2024
DİN: Ötən gün 39 cinayətin üstünün açılması təmin olunub

Sentyabrın 30-da ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 115, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Paylaş:
211

Son xəbərlər

Bütün xəbərlər