“İçərişəhər” beynəlxalq mükafatın qalibi olub - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“İçərişəhər” beynəlxalq mükafatın qalibi olub - FOTO

Qafar Ağayev10:05 - 04 / 10 / 2024
“İçərişəhər” beynəlxalq mükafatın qalibi olub - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tərəfindən Dünya İrsi Şəhərləri Təşkilatına təqdim olunmuş “Bakı Xan Sarayı Kompleksi” layihəsi “Jean-Paul-L’Allier İrs Mükafatı”nın qalibi seçilib.

DTMQİ-dən 1news.az-a verilən məlumata görə, İspaniya Krallığının Kordoba şəhərində təşkil olunan və Dünya İrsi Şəhərləri Təşkilatının üzvü olan 100-dən artıq tarixi şəhər rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən 17-ci Dünya Konqresinin açılışı zamanı təşkilatın prezidenti və Kvebek şəhərinin meri Bruno Marchand “İçərişəhər”in qalib şəhər seçildiyini rəsmi şəkildə elan edib.

“Jean-Paul-L’Allier İrs Mükafatı” Dünya İrsi Şəhərləri Təşkilatı tərəfindən 2009-cu ildən etibarən iki ildən bir təqdim olunur. Mükafat üzv-şəhərlərdə tarixi şəhər ansamblının qorunması, təkmilləşdirilməsi və ya yaxşı idarə edilməsi üçün həyata keçirilən layihələrin və proqramların beynəlxalq səviyyədə tanıdılması məqsədilə təsis olunub.

Çoxsaylı namizədlərin içərisindən son mərhələyə 12 finalçı (Kvebek, Krakov, Kotor, Mexiko, Vizbi və digər şəhərlər) çatmışdır və onların arasında 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bərpa-konservasiya işlərindən sonra açılışı baş tutmuş “Bakı Xan Sarayı Kompleksi” layihəsi qalib seçilmişdir. İdarənin təqdim etdiyi “İçərişəhərdə həyat keyfiyyətinin yaxşılaşdırılması: Bakı Xanlarının Parkı və Bakı Xan Sarayı Kompleksi” layihəsi təşkilatın müxtəlif üzv şəhərlərdən olan münsiflər heyəti tərəfindən mükafata layiq görülmüşdür. İçərişəhərin rəsmi olaraq qalib elan edilməsindən sonra “İçərişəhər” DTMQİ tərəfindən konqres iştirakçılarına layihənin təqdimatı keçirilib.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2016-cı ildən Dünya İrsi Şəhərləri Təşkilatının (OWHC) üzvüdür. 1993-cü ildə təsis olunan və baş qərargahı Kanadanın Kvebek şəhərində yerləşən OWHC-nin 200-dən çox üzvü mövcuddur. Üzv olan tarixi şəhərlərin hamısı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir.

Paylaş:
661

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsinə mühüm töhfələr verir”10 / 11 / 2024, 17:27Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim edilib - FOTO10 / 11 / 2024, 11:31Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad - FOTO09 / 11 / 2024, 21:49Bakıda itkinlərlə bağlı beynəlxalq konfransın yekun bəyanatı BMT sənədi kimi yayıldı09 / 11 / 2024, 17:46Azərbaycan XİN Pakistana başsağlığı verdi09 / 11 / 2024, 17:34MM: “Global Witness” təşkilatı COP29-la bağlı beynəlxalq ictimaiyyəti aldatmağa yönələn məlumatlar paylaşıb09 / 11 / 2024, 17:06AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib - FOTO09 / 11 / 2024, 16:43Könül Nurullayeva: “COP29 uğurlu təcrübə kimi tarixə düşəcək”09 / 11 / 2024, 16:32Baham adalarının Baş naziri Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 16:21COP29 tədbir məkanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına təhvil verilib09 / 11 / 2024, 16:08Ərdoğandan Bayraq Günü münasibəti ilə Azərbaycan xalqına TƏBRİK09 / 11 / 2024, 15:38Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib09 / 11 / 2024, 15:37Bakıda metropolitençi övladlarının rəsm sərgisi keçirilir09 / 11 / 2024, 15:14Nazirliyin tabeliyindəki kollec və peşə məktəblərinin siyahısında dəyişiklik edilib09 / 11 / 2024, 15:03ADY fövqəladə hallara hazırlıqla bağlı növbəti təxliyə təlimi keçirib09 / 11 / 2024, 13:51Azərbaycan müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib09 / 11 / 2024, 13:27İçərişəhərdə və Qalada COP29 zamanı ziyarətçiləri nələr gözləyir?09 / 11 / 2024, 13:16Sabah hava necə olacaq? - Proqnoz09 / 11 / 2024, 12:59İcma: Dövlət bayrağına ehtiramın ən ali ifadəsi ölkənin ərazi bütövlüyünün bərpasıdır09 / 11 / 2024, 12:33ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib09 / 11 / 2024, 12:28
Bütün xəbərlər