Bakıda qazanxanada partlayış baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qazanxanada partlayış baş verib

10:29 - 16 / 10 / 2024
Bakıda qazanxanada partlayış baş verib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda fərdi yaşayış evinin qazanxanasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə 1news.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus ikimərtəbəli fərdi yaşayış evinə bitişik qazanxanada yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qazanxanada olan kombi aparatı, generator və su çəninin qapaq hissəsi yanıb. Partlayış dalğasının təsirindən qazanxananın dəmir konstruksiyalardan ibarət dam örtüyü deformasiyaya uğrayıb, qarajın jalüz qapısı və həyətin giriş darvazası yerindən çıxıb, evin birinci mərtəbəsində pəncərə şüşələri qırılıb.

Fərdi yaşayış evi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Paylaş:
133

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər