Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

15:30 - 22 / 10 / 2024
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

Bakının Zığ dairəsi-Hava Limanı yolunda yağışlı hava şəraiti ilə əlaqədar olaraq bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edək ki, oktyabrın 21-də Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilmişdi.

Paylaş:
242

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər