2027-ci ildə UEFA Çempionlar Liqası Bakıda keçirilə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə UEFA Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.
1news.az UEFA-ya istinadən xəbər verir ki, AFFA bununla bağlı Avropa Futbol Qurumuna rəsmi müraciət ünvanlayıb.
UEFA İcraiyyə Komitəsi 2025-ci ilin may ayında 2027-ci il Çempionlar Liqasının finalının harada keçiriləcəyinə qərar verəcək.
Bakı ilə yanaşı, Madridin Vanda Metropolitano stadionu da final oyununa ev sahibliyi etmək üçün namizədlər arasındadır.
1689