Elman Nəsirov: Avropa parlamentarilərin ermənipərəst mövqeləri korrupsiya ilə bağlıdır | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: Avropa parlamentarilərin ermənipərəst mövqeləri korrupsiya ilə bağlıdır

Qafar Ağayev09:33 - 25 / 10 / 2024
Elman Nəsirov: Avropa parlamentarilərin ermənipərəst mövqeləri korrupsiya ilə bağlıdır

“Azərbaycan torpaqlarının 30 il işğal altında qaldığı dövrdə ölkəmizə qarşı müxtəlif istiqamətlərdən təzyiq və təhdidlər olub”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, bildirib ki, bu gün ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə təmin edildikdən sonra, həmin təzyiqlər daha aqressiv xarakter almış və müxtəlif istiqamətlərdə koordinasiya olunmuş hərəkətlər müşahidə edilməkdədir.

“Avropalı parlamentarilər bəzən o qədər absurd və gülünc bəyanatlarla çıxış edirlər ki, bu tənqidə belə dözmürlər. İlk təəssürat odur ki, onlar milli kimliklərini unudaraq erməni maraqlarına xidmət etməkdədirlər. Parlamentarilərin ermənipərəst mövqeləri korrupsiya ilə bağlıdır və bu, reallıqdır. Avropa Parlamentinin Azərbaycan əleyhinə son müzakirələrinə başqa bir ad vermək mümkün deyil. Onlar iki istiqamətdə Azərbaycan əleyhinə qətnamə layihəsini müzakirə edirlər və bir daha öz ermənipərəst mövqelərini nümayiş etdirirlər.

Birinci istiqamət Azərbaycanla bağlı guya insan hüquq və azadlıqlarının pozulması iddialarına əsaslanır. Bu iddiaları şişirdərək elə təqdim edirlər ki, sanki öz ölkələrində bütün problemlər həll olunub. Halbuki insan hüquqları və beynəlxalq hüququn pozulmasında ittiham olunan elə həmin Avropa dövlətləridir. Bu iddialar ikili standartların və riyakarlığın ən açıq nümunəsidir.

İkinci məsələ isə Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlıdır. Avropa Parlamenti sülh prosesində Azərbaycanı ittiham tərəfi kimi seçib

E. Nəsirov bildirib ki, Şmit, Avropa Parlamentində dinləmələr zamanı Azərbaycanın üzərinə məsuliyyət qoyaraq, Ermənistanın guya sülh istəyən tərəf olduğunu iddia edir.

“Azərbaycan sülhdən yayınmır, lakin biz hərtərəfli və ədalətli bir sülh istəyirik.Daha da irəli gedən Fransua Bellami, Azərbaycanın guya zorakılıq törətməkdə ittiham edir və açıq şəkildə erməni maraqlarına xidmət etdiyini göstərir. Bellami Ermənistanın Cənubi Qafqazda və dünyada azadlıq və təhlükəsizlik uğrunda mübarizə apardığını iddia edir ki, bu da Nəsirov tərəfindən ciddi şəkildə tənqid olunur. Deputat Bellamini və digər oxşar çıxışlar edən parlamentariləri siyasi həyasızlıqda ittiham edir və onların əsassız iddialarının reallıqla heç bir əlaqəsinin olmadığını vurğulayır.

Elman Nəsirov həmçinin Avropalı parlamentarilərin Azərbaycana qarşı təzyiq və təhdid dili ilə danışmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu bildirir. Azərbaycan ərazi bütövlüyünü güc yolu ilə bərpa edib və bundan sonra da sülh prosesinə sadiq qalaraq Ermənistanla tam və ədalətli bir sülh müqaviləsi imzalamaq niyyətindədir.

O vurğulayıb ki, Prezident İlham Əliyevin dediyi kimi, sülh müqaviləsinin hər bir bəndi bizim üçün eyni dərəcədə vacibdir və avropalı parlamentarilər anlamalıdırlar ki, heç kim Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz.

Deputat son olaraq bildirib ki, Avropa Parlamentində Azərbaycanın enerji kontraktlarına yenidən baxılması təkliflərini irəli sürənlər öz ağıllarını itiriblər və siyasi dəli səviyyəsinə eniblər.

Paylaş:
412

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər