Xaqani bağının bir hissəsinin zəbt edilməsi iddialarına münasibət bildirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaqani bağının bir hissəsinin zəbt edilməsi iddialarına münasibət bildirilib

15:46 - 25 / 10 / 2024
Xaqani bağının bir hissəsinin zəbt edilməsi iddialarına münasibət bildirilib

Bir müddət əvvəl sosial şəbəkələrdə Xaqani bağının bir hissəsinin orada yerləşən restoran tərəfindən zəbti edilməsi ilə bağlı iddialara cavab verilib.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Ticarət və Xidmət Departamenti məlumat yayıb.

Qeyd edilib ki, məsələ ilə bağlı Xidmət Departamenti tərəfindən əraziyə yerləşdirilən və insanların gediş-gəlişinə maneə törədən gül dibçəklərinin yığışdırılması təmin edilib:

"Aparılmış araşdırılma nəticəsində məlum olub ki, dibçəklər əraziyə zəbt məqsədi ilə deyil, müvəqqəti saxlanc məqsədilə yerləşdirilib. Lakin buna baxmayaraq sahibkara şifahi xəbərdarlıq edilib və belə halların yolverilməzliyi bir daha onların nəzərinə çatdırılıb".

Paylaş:
279

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər