Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub

Qafar Ağayev16:02 - 25 / 10 / 2024
Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub

Oktyabrın 25-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev, Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Dmitri Vaxrukov və Moskva Şəhəri Hökumətinin Xarici iqtisadi və Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Vyaçeslav Manuylov və digər dövlət rəsmiləri, “Agalarov Development” şirkətinin təsisçisi, tanınmış iş adamı Emin Ağalarov, eləcə də Rusiya və Azərbaycanın turizm sənayesinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Nağıyev nümayəndəliyin fəaliyyətə başlamasının ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələnin təməlini qoyduğunu və turizm əlaqələrini daha da gücləndirəcəyini qeyd edib.

Agentlik sədri bildirib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin tərkib hissəsi kimi turizm əlaqələri çoxillik tarixə əsaslanır və onların inkişafına əsas təkan dövlət başçılarının bu sahəyə göstərdiyi xüsusi diqqətdən irəli gəlir.
Tədbir çərçivəsində, həmçinin iki ölkə arasında turizm sahəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, turizm nümayəndəliyin açılmasında əsas məqsəd Rusiya turizm sənayesi ilə əməkdaşlığı gücləndirmək, Azərbaycanın turizm potensialını və məhsullarını təbliğ etmək, habelə Rusiya bazarında informasiya və reklam fəaliyyətini genişləndirməkdir.

Nümayəndəlik turizm şirkətləri və dövlət qurumları ilə münasibətləri formalaşdırmaq, marketinq və media kampaniyalarını idarə etmək, tədbirlər təşkil etmək və turizm agentlikləri, eləcə də media ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərmək funksiyasını həyata keçirəcək.

Hazırda “Azərbaycan Hava Yolları” QSC və Rusiya aviadaşıyıcıları Azərbaycanın müxtəlif şəhərlərinə uçuşlar həyata keçirərək iki ölkə arasında fasiləsiz hava əlaqəsini təmin edir.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana Rusiyadan səfər edənlərin sayı 564 008 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% artımdır.

Paylaş:
338

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər