1news.az-ın media dəstəyi ilə PR Forum 2024 keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

1news.az-ın media dəstəyi ilə PR Forum 2024 keçiriləcək

Qafar Ağayev14:21 - 26 / 10 / 2024
1news.az-ın media dəstəyi ilə PR Forum 2024 keçiriləcək

Noyabrın 27-si Yelo Bank-ın dəstəyi, Finance Time Şirkətinin təşkilatçılığı, və 123media-nın birgə təqdimatı ilə PR Forum 2024 keçiriləcək.

Tədbirdə sahələrində tanınmış bir çox nüfuzlu spikerlər çıxış edəcək. Onlar öz təcrübələrini bölüşərək, iştirakçılara dəyərli məsləhətlər verəcəklər.
PR Forumunun əsas məqsədi gənc mütəxəssisləri bir araya gətirmək və onlara qiymətli biliklər və təlimatlar verməkdir. Tədbir zamanı, müxtəlif sektorlarda uğur qazanmış mütəxəssislər öz hekayələrini, nailiyyətlərini və çətinlikləri necə aşdıqlarını paylaşacaq. Bu, iştirakçılara peşəkar inkişaf və şəbəkə qurma imkanı verəcəkdir.

PR Forum, mövcud bilikləri genişləndirmək və iş dünyasında öz yerinizi möhkəmləndirmək üçün unikal bir tədbirdir.

PR Forum 2024 Tərəfdaşları – İnnovasiyalar Mərkəzi, TAM Advisory , Aliyevents, C`est Bon, AzPrint

Media dəstəyi - 1news.az
Daha çox məlumat və qeydiyyat üçün PR Forum 2024 saytına daxil ola bilərsiniz: www.prforum.az

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər