COP29 Prezidenti Qırğızıstanın ətraf mühit üzrə xüsusi nümayəndəsi ilə görüşüb - FOTO
COP29-un təyin olunmuş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Kolumbiyada BMT-nin Bioloji Müxtəliflik Konvensiyasına (COP16) Tərəflərin 16-cı Konfransı çərçivəsində Qırğızıstanın ətraf mühit məsələləri üzrə xüsusi nümayəndəsi Dinara Amanturovna ilə görüş keçirib.
1news.az xəbər verir ki, bu barədə məlumat COP29-un “X” sosial media hesabında paylaşılıb.
Görüş zamanı tərəflər, Mərkəzi Asiyada iqlimə davamlılığın gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığın və əlaqələrin möhkəmləndirilməsinin ortaq bir öhdəlik olaraq qaldığını vurğulayıb.
346