Beyləqanda toxum sərgi-satış yarmarkası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Beyləqanda toxum sərgi-satış yarmarkası keçirilib

Qafar Ağayev10:30 - 29 / 10 / 2024
Beyləqanda toxum sərgi-satış yarmarkası keçirilib

Toxum bazarını və yerli toxumçuluğu inkişaf etdirmək, payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığının təmin edilməsi məqsədilə növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Beyləqan rayonunda keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən 1news.az-a bildirilib ki, festivala İmişli, Saatlı, Sabirabad, Beyləqan rayonlarından fermerlər qatılıblar.

Nazirliyin Aqrar İnnovasiya Mərkəzi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatının digər sahələri üzrə ixtisaslaşmış özəl şirkətlər iştirak ediblər.

Beyləqan Rayon İcra Hakimiyyətinin qarşısında keçirilən festivalda Kənd Təsərrüfatı Nazirliyi, eləcə də digər dövlət qurumları iştirak edərək, öz xidmətləri barədə fermerləri məlumatlandırıblar.

Festivalda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib.

Festival çərçivəsində Beyləqan rayonunda “Mil-Muğan iqtisadi rayonunun aqrar sektorunun gələcək inkişaf perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masada iqtisadi rayonun prioritet istiqamətlərindən olan pambıqçılıq sahəsi üzrə “Pambıqçılıqda innovativ texnologiyalar: mövcud vəziyyət və qarşıda duran vəzifələr” mövzusunda müzakirələr aparılıb.

Dəyirmi masa zamanı pambıqçılığın inkişafına dair məsələlər, cari vəziyyət və inkişaf perspektivlərinə dair bu sahədə ixtisaslaşmış şirkət və müəssisələrin aqronom və mütəxəssisləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondunun mütəxəssisləri çıxış edərək fikir mübadiləsi aparıblar.

Müzakirə zamanı subsidiyaların verilməsi, pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığın artırılması, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə, növbəli əkin sisteminin tətbiq olunması ilə bağlı fikirlər səsləndirilib.

Müzakirələrdə aqrotexniki tədbirlərin düzgün və zamanında yerinə yetirilməsi, aqrokimyəvi analizlərin aparılması, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsinin vacibliyi vurğulanıb.

Tədbir çərçivəsində fermerlər üçün Kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə cari ildə Şəki, Oğuz, Zərdab, Ağsu, Goranboy, Tərtər, Masallı, Neftçala, Qax, Balakən, Naxçıvan, Şərur, Şabran, Siyəzən və Beyləqan rayonlarında toxum sərgi-satış yarmarkaları keçirilib.

Mövsümün son toxum sərgi-satış yarmarkası Cəlilabad rayonunda keçiriləcək.

Paylaş:
231

Son xəbərlər

Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50
Bütün xəbərlər