İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİB

Qafar Ağayev11:47 - Bu gün
İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

1news.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlət başçısına burada həyata keçirilən abadlıq və yenidənqurma işləri, yeni salınan parkda yaradılan şərait barədə məlumat verdi.

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin göstərişinə əsasən Nəsimi rayonu ərazisində salınan yeni parkdır.

Bildirilib ki, yeni salınan parkda sakinlərin və qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün qısa müddətdə gözəl şərait yaradılıb. Ərazidə asfalt örtüyü ləğv edilərək müasir tələblərə cavab verən piyada yolları salınıb. Yeni parkda yaşıllaşdırma, işıqlandırma işləri görülüb, müasir oturacaqlar quraşdırılıb, uşaq əyləncə zonası yaradılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artmaqdadır. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən quruculuq işlərinin daha da genişləndiyini göstərir. “Yaşıl dünya naminə həmrəylik ili”ndə də yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Nəsimi rayonu ərazisində yeni salınan park da Bakı şəhərinin simasının daha da gözəlləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından əhəmiyyətlidir. Yeni parkının salınması gələn ay COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən işlərə də töhfə vermək baxımından xüsusi önəm daşıyır.

***

11:46

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş:
134

Son xəbərlər

Məktəblərdə ekologiya mövzusunda silsilə tədbirlər təşkil olunubBu gün, 13:25İsrail Prezidenti Azərbaycana gələcəkBu gün, 13:08AFFA İntizam Komitəsi 4 klubu cərimələyibBu gün, 12:48Oktyabrın son gününə olan hava açıqlandı - ProqnozBu gün, 12:39Nəsimi rayonu ərazisində yol qəzası olub, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıbBu gün, 12:24“Küçə sənətçiləri” layihəsinin qalibləri məlum olubBu gün, 12:16ADY: Bu il Çindən Orta Dəhlizlə 300-dən çox qatarın göndərilməsi gözlənilirBu gün, 12:02İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - FOTO - YENİLƏNİBBu gün, 11:47Badamdarda uçqun riski olan qaya parçaları ərazidən götürülübBu gün, 11:38Hikmət Hacıyev: “Washington Post” mənə SSRİ-nin son günlərində “Komsomolskaya Pravda”nı xatırladırBu gün, 11:28Cəlilabadda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 11:24Azərbaycan xalq nağılları Türkiyədə çap olunubBu gün, 11:14Binəqədidə avtobus qaydanı pozub qəza törətdi - Ölənlər varBu gün, 11:08Muxtar Babayev Kolumbiya XİN başçısı ilə biomüxtəlifliyin qorunması məsələlərini müzakirə edibBu gün, 11:03ARTİ tərəfindən “İqlim dəyişmələri və COP29” mövzusunda elmi-praktik seminar keçirilib - FOTOBu gün, 10:42Əmtəə bazarlarında qızılın qiyməti 2 800 dollara yaxınlaşırBu gün, 10:40Bakı Kənar Dairəvi yolunda hərəkət fasilələrlə məhdudlaşdırıla bilər - RƏSMİBu gün, 10:30Daha 7 itkin şəhidin dəfn mərasimi keçiriləcək - SİYAHIBu gün, 10:28“Azərenerji” COP29-la bağlı işini gücləndirəcəkBu gün, 10:21Bakının Mətbuat prospektində təmir işləri yekunlaşıb - VİDEOBu gün, 10:18
Bütün xəbərlər