“Küçə sənətçiləri” layihəsinin qalibləri məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Küçə sənətçiləri” layihəsinin qalibləri məlum olub

Qafar Ağayev12:16 - 30 / 10 / 2024
“Küçə sənətçiləri” layihəsinin qalibləri məlum olub

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsinin "Küçə sənətçiləri" layihəsi çərçivəsində növbəti seçim turu keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilmiş mütəxəssis sənətşünaslardan ibarət münsiflər heyətində Əməkdar artist, Prezident mükafatçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, dosent İnarə Babayeva, Əməkdar artist, Prezident mükafatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev, Əməkdar rəssam Vüqar Əli, rejissor və aktyor Ceyhun Dadaşov yer alıb.

2 mərhələdən ibarət seçim turundan uğurla keçən 20 sənətçi layihənin növbəti 6 aylıq dövründə iştirak etmək hüququ qazanıb. Onların Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi ilə birgə razılaşdırılmış xüsusi çıxış yerlərində sərbəst fəaliyyətinə şərait yaradılması üçün lazımi tədbirlər həyata keçirilib.

Qeyd edək ki, “Küçə sənətçiləri” layihəsi Dövlət Turizm Agentliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən yaradılan işçi qrupunun birgə fəaliyyəti ilə təkmilləşdirilmiş qaydalar əsasında yenidən təşkil olunub.

Paylaş:
131

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər