Elza Seyidcahan: “Xanımların tüpürcəyi ilə kişi olanlar, indi şeirlərimi pis yerə yozurlar” - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Elza Seyidcahan: “Xanımların tüpürcəyi ilə kişi olanlar, indi şeirlərimi pis yerə yozurlar” - FOTO - VİDEO

Ayşən İsmayılova14:14 - 24 / 10 / 2024
Elza Seyidcahan: “Xanımların tüpürcəyi ilə kişi olanlar, indi şeirlərimi pis yerə yozurlar” - FOTO - VİDEO

O, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Lakin onu təqdim etmək üçün bu statusları sadalamağa ehtiyac yaranmır. Çünki sadəcə Elza Seyidcahan demək kifayət edir ki, onun Azərbaycan incəsənətində tutduğu yer bariz şəkildə ortaya çıxsın. Təpədən-dırnağa özünəməxsusluğu ilə seçilən bəstəkarımız həm insanlar tərəfindən çox sevilir, həm də tez-tez tənqid və iradlara tuş gəlir.

Beləliklə, 1news.az-ın budəfəki müsahibi Elza Seyidcahandır.

- Sizinlə bağlı fikirlər müxtəlifdir. Çünki fərqli və bu fərqliliyi nümayiş etdirməkdən çəkinməyən bir insansınız. Bəs sizin nəzərinizdə Elza Seydicahan əslində kimdir?

- Mənim nəzərimdə hər kəs fərqlidir. Hər kəs də özünü olduğu kimi göstərir. Amma daha yaxşı olar ki, doğrudan da, hər kəs özünü olduğu kimi göstərsin. Allah insanları fərqli yaradıb. Cizgilərimiz də fərqlidir. Hətta bu özünü təbiətdə də göstərib. Həm bitkilərdə, həm heyvanlarda... Balıqların pulunu saysanız, heç birinin pulu eyni deyil. Zebraların, pələnglərin zolaqlarını saysanız, hamısı fərqlidir. Ağacların heç birinin yarpağı, budağı eyni deyil. Əlbəttə, insanları da Allah sevə-sevə yaradıb. İnsanlar da hər biri fərqlidir. Beş barmağın beşi də bir deyil, amma beşi də bir yerə yığılanda yumruq olur. Yumruq da nə olur? Biz birlikdə güclüyük. Ona görə də mən niyə öz fərqliliyimdən çəkinmirəm. Çünki öz fərqliliyimdən əminəm. Şükür Allaha, fərqliliyim dahilərin qurduğu təməlin, aldığı tərbiyənin və təhsilin üzərindədir. Baxıram ki, əmin olmayan insanlar özlərini çox fərqli göstərirlər, yəni olduqları kimi yox. Amma olduqları kimi daha gözəldirlər. Mənə elə gəlir ki, mən olduğum kimiyəm. Olduğum kimi görünmək də ən gözəlidir.

- Sizin çox gözəl mahnılarınız var. Hazırda da musiqilər bəstələyirsiniz. Amma mahnılarınızdan söz düşəndə Tənha, Son görüş, Yarpaq, Həsrət nəğməsi və s. kimi mahnılarınız yada düşür. Bunun səbəbi nədir? Axı siz yeni əsərlər də ərsəyə gətirirsiniz.

- Bəli, mən yeni əsərlər də bəstələyirəm. Bəzən mənə deyirlər ki, siz şeir yazmayın, mahnı bəstələyin. Bəzən bacım deyir ki, bir müddət şeir yazma. Anam da kənardan bizi dinləyir. Deyir, o necə yazmaya bilər? Əgər o gəlirsə, yazmalıdır. Məni ən gözəl hər zaman anam anlayıb, yaradıcılığıma maddi və mənəvi anam dəstək olub.

Mahnılar bəstələmişəm, ancaq səsləndirməmişəm. Siz “Son vida”, “Tənha”, “Həsrət nəğməsi” “Yarpaq” dediniz. Ondan sonra bəstələdiyim həzin və ritmik çox musiqilərim var. İnşallah səslənər. Öz gücümü təkcə mahnıya vermirəm.

Mən çox sevinirəm ki, 30 ildən çoxdur ki, yazdığım musiqilər indi də “trend”dir, sevə-sevə ifa olunur. Hətta məndən tələb edirlər ki, onları yeni tərzdə oxuyum. Məndən icazə alıb özləri ifa edirlər. Bu məni çox sevindirir. Çünki bu gün bəzi ara musiqiləri 1 ay oxunur və yaddan çıxır.

- Siz şeirlər yazırsınız. Bəs Elza xanım özü ən son hansı kitabı oxuyub və ya sevimli bir kitabı varmı?

- Mən demək olar ki, hər gün kitab oxuyuram və bütün kitabları sevirəm. Xoşuma gələn kitab olanda onu oğurlaya da bilərəm, çünki kitab oğrusu oğru sayılmır. Mən harasa gedəndə bir kitab görürəmsə, onu mütləq vərəqləyirəm, içinə baxıram, məlumat alıram. Yəni onunla tanış oluram. Bəstəkar olduuğum üçün kitabdan heç vaxt ayrıla bilmərəm. Çünki bir musiqi bəstələyəndə mütləq kitaba müraciət edirəm. Bir kitabı oxumalıyam ki, oradan özümə lazım olan mövzunu götürüm. O kitabı oxuyuram və ruhumu çəkən mövzu da nəzərimi çəkir.

- Deməli, mütaliəni sevirsiniz və şeirlər də yazırsınız. İstərdim bir az da bu barədə danışaq. Şeirləriniz heç də birmənalı qarşılanmır. Yazıçılar Birliyinin sədri Anar bəylə bir neçə həftə öncə müsahibəmiz baş tutdu və söhbət əsnasında sizinlə bağlı da danışdı. “Dedim, yaradıcılığının ilk vaxtında diqqəti cəlb etmək üçün belə şeylər yazmısan, amma indi səni kifayət qədər tanıyırlar. İstedadın da var. Elə şeirlər yaz ki, heç kəsdə qıcıq oyatmasın”- deyə fikir səsləndirdi. Bu tənqidlə nə dərəcədə razısınız?

- Mən hər zaman böyüklərimizin qarşısında o sözlə razı olmasam belə, onu qəbul edirəm. Yəni heç bir zaman demərəm ki, yox, bu belə deyil, belədir. Baxmayaraq ki, istedadım var, uşaqlıqdan bu yolda əziyyət çəkmişəm. Amma böyüklərimizə qarşı hər zaman məndə hörmət-izzət özünü göstərib. Onu mənə dedi və deməli idi də. Çox sağ olsun. Əlbəttə ki, hər zaman bir-birimizə xəbərdarlıq edirik ki, ehtiyatlı olmalı, xislətində pislik olan bəzi insanlardan özümüzü qorumalıyıq. Həmişə mənə aşırı dərəcədə tənqid olur. Tənqid də deməzdim ona, kim ağzına nə gəlir deyir. Hər kəsin bir üslubu var. Mən hər bir üsluba böyük hörmətlə yanaşıram. Bu tək mənim başıma gəlməyib. Zamanında yazarlarımızın hər birini kəskin tənqid və təhqir ediblər, hətta öldürüblər. Yəni demək istəyirəm ki, Yazıçılar İttifaqının sədri Anar müəllim başda olmaqla, müdrik şairlərimizə çox dərin təşəkkürümü bildirirəm. Bəzi pis insanlar var. Mən onlara əbləhlər deyirəm. Onların da bəzilərinə görə məhkəməyə müraciət etmişəm. Guya demişəm ki, tüpürüm sizin ağzınıza. Bunu mən deməmişəm, mənim adımdan utanıb-qızarmadan deyiblər ki, verilişlərinə baxılsın, xəbərləri ajiotaj yaratsın. Tələsiblər ki, Elza belə dedi, bunu tez çatdıraq yiyəsinə. Əslində o söz də bir şeirdə, tamaşada deyilə bilər. O sözü deyirəmsə, arxasında da dura və onun açıqlamasını verə bilərəm. Amma iş orasındadır ki, mən o sözü nə şeirimdə, nə də nitqimdə işlətmişəm. Bəzi aparıcılar efirlərinə baxılsın deyə onu deyiblər. Onlar özlərinə xanım adını yaraşdırırlar, amma mən heç xanım adını da yaraşdırmıram. Deyir ki, mən qızımın yanında Elza Seyidcahanın şeirlərini dinləyəndə utanıram. Elə sözlər işlədir ki, mənim qızımın tərbiyəsini pozur. Əslində Elza Seyidcahanın şeirləri ruhları oyadır. Əbəs yerə deyilməyib ki, insanın bədənini əməliyyat edərkən onu yatırtmaq lazımdır. Ruhunu əməliyyat edərkən onu oyadırsan. Mənim tək şeirlərimdə yox, musiqilərim də insanın ruhunu oyadır. O ruhlar oyananda da açıq-aşkar görünür ki, kim nədir. Mənim yaradıcılığım, xüsusən də şeirlərim çox insanın iç üzünü açır. Demək, sizin tərbiyəniz nə dərəcədə yerində deyil ki, övladınızın yanında şeirlərimdən utanırsınız. Gör, siz həyatda nələr görməmisiniz. Ümumiyyətlə, bizim nə ixtiyarımız var ki, ədəbi dilimizdəki gözəl sözlərimizi pis mənaya çevirmişik . Siz o sözləri elə başa düşürsünüz, amma mən elə qəbul etmirəm. Bu çox pis təsir edir ki, mənim Azərbaycan ədəbiyyatımın gözəl sözlərini pisləşdiriblər. Əgər mən bir şeirin əvvəlini Tanrı ilə başlayır, sonunu Tanrı ilə bitirirəmsə, ay cahil, siz orada nə pis söz yoza bilərsiniz? Əgər mən deyirəmsə, dizim Tanrı qarşısında, bir qıraqdan baxım sizin, axım gələn ağzınıza, yaxım sizin ağzınıza... Yəni dizim Tanrı qarşısında sizin üçün dua edirəm ki, ay Allah, bu insanların günahlarını bağışla.

Daha ətraflı videomüsahibədə:

FOTO - VİDEO - Nadir İbrahimli

Paylaş:
1255

Son xəbərlər

Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb02 / 11 / 2024, 18:10DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib02 / 11 / 2024, 17:34Sabahdan bu yollar 3 saatlıq bağlanır!02 / 11 / 2024, 17:06Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür02 / 11 / 2024, 16:35Yağış zamanı hasarı uçan məktəblə bağlı RƏSMİ AÇIQLAMA02 / 11 / 2024, 15:45Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb02 / 11 / 2024, 15:24Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür02 / 11 / 2024, 14:46Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb02 / 11 / 2024, 14:17Bakıda oğurluq edən 2 yeniyetmə saxlanılıb02 / 11 / 2024, 13:59Sabah yağış yağacaq - PROQNOZ02 / 11 / 2024, 13:36Bakıda mərkəzi küçədə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub02 / 11 / 2024, 13:13COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ02 / 11 / 2024, 12:56Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib02 / 11 / 2024, 12:43İrandan Azərbaycana gətirilən 31 kq narkotik vasitə aşkarlanıb02 / 11 / 2024, 12:25Azərbaycan nefti cüzi bahalaşıb02 / 11 / 2024, 12:01Kürdəmirdə mağazadan 5 min manatlıq oğurluq olunub02 / 11 / 2024, 11:41FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib02 / 11 / 2024, 11:17Azərbaycan XİN Serbiyaya başsağlığı verib02 / 11 / 2024, 10:52COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib02 / 11 / 2024, 10:32İki yeniyetmə itkin düşüb02 / 11 / 2024, 10:19
Bütün xəbərlər