Hikmət Hacıyev: “Washington Post” mənə SSRİ-nin son günlərində “Komsomolskaya Pravda”nı xatırladır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Washington Post” mənə SSRİ-nin son günlərində “Komsomolskaya Pravda”nı xatırladır

Qafar Ağayev11:28 - 30 / 10 / 2024
Hikmət Hacıyev: “Washington Post” mənə SSRİ-nin son günlərində “Komsomolskaya Pravda”nı xatırladır

Dünya ağla qaranı yaxşı ayırd edir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında Ceff Bezosun “Washington Post“da dərc edilmiş məqaləsinə münasibət bildirərkən qeyd edib.

Prezidentin köməkçisi, "xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı “Washington Post“ və müəyyən Konqres rəsmiləri tərəfindən çirkin təbliğat kampaniyaları aparıldığını, Ceff Bezosun məqaləsinin bu cür media orqanlarına etimadın qalmadığını ifşa etdiyini" qeyd edib.

“Mən həmişə Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post” qəzetinin və bəzi Konqres rəsmilərinin diqqətini Ceff Bezosun bu məqaləsinə cəlb etmək istərdim. Cəsarətli və haqlı tənqidində Bezos “Washington Post” və digər media orqanlarının timsalında etibar səviyyəsinin nə qədər aşağı düşdüyünü göstərir. O, eyni zamanda, qurban obrazının yaradılmasının fayda vermədiyini də qeyd edir...

Bununla belə, Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda etimad isə daha da aşağıdır. Dünya ağı ilə qaranı yaxşı fərqləndirir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır… “Washington Post dakı "yoldaşlar". Sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda”nı xatırladır”, - Hikmət Hacıyev qeyd edib.

Paylaş:
263

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki hava07 / 12 / 2024, 10:58
Bütün xəbərlər