“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et! | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!

15:07 - 07 / 11 / 2024
“Nar”ın sərfəli “TouristSIM” tarifləri ilə Azərbaycanı kəşf et!

Ölkənin ən sərfəli mobil operatoru “Nar” ölkəmizə gələn turistlərin ünsiyyət ehtiyaclarını nəzərə alaraq, “TouristSIM” tariflərini təqdim edir.

Xüsusi olaraq, ölkəmizə səyahət edən xarici qonaqlar üçün nəzərdə tutulmuş bu tariflər turistlərə sərfəli qiymətlə mobil internet, ölkədaxili və beynəlxalq zənglər təklif edir.

Ölkəmizdə vaxtlarını əyləncəli və səmərəli keçirmək üçün turistlər cəmi 34 AZN-ə “TouristSIM 40GB” paketi əldə edə bilərlər. Paketə 20GB mobil internet və sosial şəbəkələr üçün 20GB əlavə internet, həmçinin 100 dəqiqə ölkədaxili və 20 dəqiqə beynəlxalq zənglər daxildir.

Bundan əlavə, irihəcmli paket əldə etmək istəyənlər üçün “TouristSIM 70GB” və “TouristSIM 130GB” tarifləri də mövcuddur. “TouristSIM 70GB” paketinə 40GB mobil internet, sosial şəbəkələr üçün 30GB internet, 170 dəqiqə ölkədaxili və 50 dəqiqə beynəlxalq zəng daxildir . “TouristSIM 130GB” paketinə isə 80GB mobil internet, sosial şəbəkələr üçün əlavə 50GB internet, 250 dəqiqə ölkədaxili və 70 dəqiqə beynəlxalq zənglər daxildir. “TouristSIM 70GB” və “TouristSIM 130GB” paketlərinin qiymətləri müvafiq olaraq 55 AZN və 75 AZN-dir.

Tarifi aktivləşdirmək üçün turistlər istənilən “Nar” mağazasına yaxınlaşaraq ölkəmizə giriş zamanı qeydiyyatdan keçirdikləri pasportlarını təqdim etməlidirlər. Qeyd edək ki, paket aktivləşdirildikdən sonra 30 gün müddətində istifadə edilə bilər və bu müddətin sonunda nömrə avtomatik olaraq deaktiv edilir. Tariflər haqqında daha ətraflı məlumatı nar.az/TouristSIM səhifəsindən əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Paylaş:
109

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər