Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİB

16:03 - 14 / 11 / 2024
Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib - YENİLƏNİB

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən Ağadadaş Ağayevin və zərərçəkən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkən tərəfin vəkili məhkəmədə vəsatətlə çıxış edib.

Vəkil işin mahiyyəti üzrə olmadığını, ibtidai istintaqa qaytarılması, daha ağır ittihamlarla cinayət işinin açılmasını və Xalq artistinin barəsində olan qərarın həbs qətimkan tədbiri ilə əvəzlənməsini istəyib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını istəyib.

Qısa müşavirədən sonra hakim vəkilin Xalq artistinin barəsində olan qərarın həbs qətimkan tədbiri ilə dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Eyni zamanda, digər vəsatət baxılmamış saxlanıb.

Məhkəmə prosesin baxışa verilməsi ilə bağlı qərar qəbul edib.

15:08

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Binqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən hazrlıq iclası keçiriləcək. Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlib.

Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.

Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

Mühafizəçi isə Xalq artistini döyüb.

Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.

Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”ı Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

Paylaş:
286

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilib07 / 12 / 2024, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan var07 / 12 / 2024, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişib07 / 12 / 2024, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib07 / 12 / 2024, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTO07 / 12 / 2024, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTO07 / 12 / 2024, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir07 / 12 / 2024, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidir07 / 12 / 2024, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır07 / 12 / 2024, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB07 / 12 / 2024, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydı07 / 12 / 2024, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEO07 / 12 / 2024, 13:45Sabah hava necə olacaq? - Proqnoz07 / 12 / 2024, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilib07 / 12 / 2024, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıb07 / 12 / 2024, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”07 / 12 / 2024, 11:41Binədə qanunsuz tikililər sökülüb07 / 12 / 2024, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb07 / 12 / 2024, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışır07 / 12 / 2024, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki hava07 / 12 / 2024, 10:58
Bütün xəbərlər