QHT COP29 çərçivəsində təqdimat keçirdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

QHT COP29 çərçivəsində təqdimat keçirdi - FOTO

Qafar Ağayev13:10 - 19 / 11 / 2024
QHT COP29 çərçivəsində təqdimat keçirdi - FOTO

Noyabrın 16-da Bakıda keçirilən COP29 çərçivəsində Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İctimai Birliyinin “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji zonaları: hüquqi dəyərləndirmələr adlı tədbir və “Yaşıl vədlərimiz” adlı sənədli videoreportajın təqdimatı keçirilib.

1news.az xəbər verir ki, Yaşıl zonada Milli QHT Forumunun pavilyonunda keçirilən tədbirdə yerli ekspertlərdən BDU-nun Hüquq fakültəsinin professoru Əfsər Sadıqov, politoloq Anar Əliyev, Qida təhlükəsizliyi hərəkatının rəhbəri, ekoaktivist Məhsəti Hüseynova, qafqazşünas-alim Elnur Kəlbizadə xarici ekspertlərdən isə layihənin tərəfdaşı olan Konqo Respublikasından gəlmiş BMT UNFCC-nin üzv təşkilatının sədri Makuantsi Artur Patrisi, İsveçdən hüquq müdafiəçisi Əjdər Tağızadə, Almaniyadan tibb elmləri doktoru Rahim Şmit, həmçinin mühəndis, texniki elmləri doktoru “Şeffer” şirkətlər qrupunun vitse-prezidenti Yaşar Musayev, Pakistandan ictimai fəallar, ekoaktivistlər Ali Raza, Ənvər-ül Haqq və Şri-Lankadan Nayana Adıkari çıxış ediblər.

Çıxışlarda əsasən COP29-un məram və məqsədlərindən, bəşəriyyətin gələcəyini təhdid edən iqlim dəyişmələrinin qarşısını almaq yollarından, yaşıl dünyaya keçid üçün atılan prinsipial addımlardan bəhs edilib, təkliflər irəli sürülüb. O cümlədən, layihənin əsas məzmununa toxunan mütəxəssislər Azərbaycanın böyük yaşıl enerji potensialına malik olduğunu və yaşıl eraya keçid dövründə mühüm rolundan və görüləcək işlərin əhəmiyyətindən söhbət açıblar.

Beynəlxalq Hüquq sahəsində Maarifləndirmə və Tədqiqatlar İB-nin İdarə Heyətinin üzvü Aytən Rəhimlinin moderatorluğu ilə keçirilən tədbirin sonunda “Yaşıl vədlərimiz” adlı ingilis və Azərbaycan dillərində sənədli videoreportaj təqdim edilib.

Qeyd edək ki, “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan MR-da yaşıl enerji zonaları: hüquqi dəyərləndirmələr” layihəsinin rəhbəri araşdırmaçı-jurnalist, təşkilatın idarə Heyətinin üzvü Anar Əliyev, məsləhətçilər hüquq elmləri üzrə fəlsəfə doktoru Səftər Rəhimli və ekoaktivst Məhsəti Hüseynovadır.

Paylaş:
140

Son xəbərlər

Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıbBu gün, 13:21COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15
Bütün xəbərlər