Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıb

Qafar Ağayev11:14 - 25 / 11 / 2024
Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıb

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişmə prosesi başlayıb.

1news.az xəbər verir ki, proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-dək müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 1-dən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 000 sorğu uğurla yekunlaşıb və təsdiq edilib.

Paylaş:
110

Son xəbərlər

Bütün xəbərlər